Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2015
14:22
Azərbaycanda hərbi zavodda partlayış: Ölən və 20-yə yaxın yaralı var FOTOLAR

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda bu gün baş vermiş güclü partlayışda yaralananlara kömək göstərilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Şirvana həkim briqadaları göndərilib.

Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Lilya Bayramova məlumat verib.

L.Bayramovanın sölərinə görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hazırda 19 yaralı yerləşdirilib: “Yaralananların bəziləri yanıq xəsarəti alıb, bəziləri isə toksiki zəhərlənmədən əziyyət çəkir. Həkim briqadaları ilə yanaşı əraziyə xeyli təcili yardım maşınları da gedib. Hazırda tibbi yardım maşınları hadisə yerində gözləyirlər”.

Telemexanika Zavodunda baş verən qəza nəticəsində ölən şəxsin kimliyi məlum olub. Ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır. İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.

*   *   *13:15

Bu gün saat 12 radələrndə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda güclü partlayış baş verib.

Şirvan Şəhər Polis İdarəsinin növbətçi hissəsindən virtualaz.org saytına bildirildiyinə görə, partlayışın hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.

“Ölən və yaralananlar var, ancaq sayları barədə dəqiq məlumatımız yoxdur. Hadisə yerində təcili yardım briqadaları işləyir, polis və prokurorluq əməkdaşları da hadisə yerindədir”- deyə növbətçi hissədən bildiriblər.

Partlayışın zavodun hansı hissəsində baş verdiyi hələlik məlum deyil. Lakin Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Bu mərkəz prezidentin iştirakı ilə ötən il açılıb.

Şirvan şəhər xəstəxanasından əldə etdiyimiz son məlumata görə, partlayış nəticəsində azı 1 nəfərin həlak olduğu dəqiqdir. Həlak olan şəxsin cənazəsi xəstəxananın morqundadır, xəstəxanaya 20-dən çox yaralı daxil olub. Yaralıların sayı artmaqdadır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43069

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41383

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42947

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42457

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47993

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42404

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42803
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 02:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru