Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Dekabr

2016
09:13
353
Azərbaycanda güclü zəlzələlərin sayı azalıb

Ötən ilə nisbətən bu il Azərbaycanda güclü zəlzələlərin sayı az olub.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, 2016-cı ilin hazırkı dövrünədək Azərbaycan və ona bitişik ərazilərdə baş verən uzaq zəlzələlərin (1178) sayı ümumilikdə 9044 olub.

Mərkəz direktoru qeyd edib ki, bu il yalnız Azərbaycanın daxilində 4365 yeraltı təkan qeydə alınıb.

Q.Yetirmişli əlavə edib ki, bu il Azərbaycan və onunla sərhəd ərazilərdə 18 hiss olunan zəlzələ olub. Onların 12-i Azərbaycanda hiss edilib.

Q.Yetirmişli qeyd edib ki, ötən il Azərbaycanda 4644 yeraltı təkan qeydə alınıb. Ötən il ən güclü zəlzələlər Şabran (5 bal) və Oğuzda (7 bal) olub. Bu il isə ən güclü zəlzələ avqustun 1-də saat 04.46 dəqiqədə İmişlidə qeydə alınıb. Bu zəlzələ episentrdə 5 bal gücündə, ətraf rayonlarda 5-3 baladək hiss edilib. (Trend)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : zəlzələ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru