Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2019
10:40
252
Azərbaycanda dizel yanacağı istehsalı artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 461,1 mln. manat dəyərində neft məhsulları istehsal edilib.

FaktXəbər-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,2% çoxdur.

Hesabat dövründə 199,9 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu məhsulunun istehsalında 4,6% azalma qeydə alınıb. Bu il martın 1-i tarixinə ölkədə 78,4 min ton həcmində avtomobil benzini ehtiyatı olub.

Bu ilin iki ayı ərzində 339,4 min ton dizel yanacağı, 53,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 103,5 min ton ağ neft istehsal edilib. Dizel yanacağının istehsalı 3,4%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 43,6%, ağ neft istehsalı 16,7% artıb.

Hesabat dövründə 9,7 min ton yanacaq mazutu, 2,4 min ton sürtkü yağları, 24,3 min ton neft bitumu, 40 min ton neft koksu istehsal edilib ki, yanacaq mazutunun istehsalında 21,8%, sürtkü yağlarının istehsalında 4%, neft bitumunun istehsalında 33,2%, neft koksunun istehsalında 1,2% azalma qeydə alınıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərbaycan dizel yanacaq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 20:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com