Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2019
10:43
Azərbaycanda cinayətlərlə bağlı Vahid İnformasiya Bazası yaradılıb

Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin Vahid İnformasiya Bazasının təqdimatı keçirilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" 08 oktyabr 2018-ci il tarixli Fərman imzalanmaqla cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasının təşkili, o cümlədən həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətinin təmin edilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib, o cümlədən aidiyyəti dövlət orqanları tərəfindən qeyd edilən növ statistik məlumatların Baş İdarəyə mütəmadi olaraq təqdim edilməsi nəzərdə tutulub.

Fərmanın icrası ilə bağlı görülən işlər çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının, o cümlədən Daxili İşlər, Vergilər, Fövqəladə Hallar və Ədliyyə nazirlikləri, habelə Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd Xidmətlərinin nümayəndələrinin iştirakı ilə cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı statistik məlumatların bir mərkəzdə toplanmasını təmin edəcək Vahid İnformasiya Bazasının təqdimat mərasimi keçirilib.

Tədbirdə qeyd edilib ki, bu baza müvafiq hüquq-mühafizə orqanları tərəfindən təqdim edilməsi nəzərdə tutulan statistik məlumatların vahid mərkəzdə toplanmasını təmin etməklə yanaşı, əldə edilən informasiyanın müxtəlif parametrlər üzrə emalına imkan verir. 

Belə ki, proqramın geniş texniki imkanları qeyd edilən növ cinayətlərin ümumi dinamikasını izləməklə yanaşı, toplanan məlumatlar əsasında müxtəlif istiqamətlər üzrə analitik təhlillər aparılmasına və son nəticədə cinayətkarlığın bu növləri ilə mübarizə işinin daha keyfiyyətli təşkilinə şərait yaradacaqdır. Bazada toplanan məlumatların təhlilinin nəticələri həmçinin beynəlxalq monitorinq mexanizmləri çərçivəsində milli hesabatların hazırlanması prosesində də istifadə ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14547

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13197

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14590

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14194

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19574

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14069

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14182
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 02:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru