Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

20 Aprel

2017
09:43
904
Azərbaycanda bu ərzaqların qiyməti ucuzlaşdı

Ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və verilən qərarlar nəticəsində milli valyutamız ABŞ dolları qarşısında dəyər qazanmağa davam edir. Azərbaycanın aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” yaranmış müsbət vəziyyəti nəzərə alaraq ümumilikdə 116 çeşiddə məhsulun qiymətini aşağı salıb.

FaktXəbər musavat.com-a istinadən xəbər verir ki, şirkətlər Qrupu tərəfindən istehsal olunan “Zolotoye solnişko”, “Final”, “Möcüzə”, “ Zoluşka” , “Evim” markalı günəbaxan ve qarğıdalı yağlarına 6-8 %,

“Zoluşka” “Kulinarka” ve “Krestyanskoye” markalı spred yağlarına, “Zeytun bağları” markalı zeytun yağına 5 %,

“Aura”, “Evim” markalı müxtəlif salfet və təmizlik məmulatlarına 6-18 %,

“Calve” , “Knorr” ve “Hellmans” markalı müxtəlif souslara 13-35 %,

Mərcimək, yumru düyü, qarabaşaq kimi dənli bitki məhsullarına isə 14-28 % endirim edilib.

Qeyd edək ki, “Azərsun Holdinq” bir müddət əvvəl şəkər tozunun qiymətini 5 %, yəni hər tona görə 60 manat aşağı salmışdı.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 21:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru