Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
14:18
Azərbaycanda bankların nağd dollar satışı azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin oktyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 40 625,5 min ABŞ dollarının xalis satışı həyata keçirilib.

Faktxeber.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da ötən ayla müqayisədə 42 384 min dollar və ya 2 dəfə çoxdur.

Hesabata əsasən oktyabr ayında banklar tərəfindən nağd dolların alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 394 594,7 min dollar olub ki, bunun da 217 610,1 min dollarını satış, 176 984,6 min dollarını alış əməliyyatları əhatə edib.

Bankların satışı əvvəlki ayla müqayisədə 19 652 min dollar və ya 8,3% azalıb, alışı isə 22 732 min dollar və ya 14,7% artıb.

Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində banklar tərəfindən əhaliyə 2 mlrd. 605 mln. 526,4 min nağd dollar satışı həyata keçirilib. Bu müddətdə əksinə əhalidən 1 mlrd. 701 mln. 26,4 min nağd dollar alınıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Dollar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 08:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com