Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Aprel

2017
20:41
619
Azərbaycanda avtomobillər texniki baxışdan yeni qaydalarla keçiriləcək

Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.

Bununla bağlı "Yol hərəkəti haqqında" qanununa dəyişikliklər təklif edilir.

Layihə Milli Məclisə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olub.

Layihəyə əsasən, bu qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinin - istehsal olunduğu vaxtdan 1 il müddətinə texniki baxışdan keçirilməməsi nəzərdə tutulur.

Qanuna əsasən, istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə - ildə bir dəfə texniki baxışın keçirilməsi nəzərdə tutulur.

Bu təklif texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru