Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

14 Dekabr

2016
15:31
1601
Azərbaycanda 7 yeni mədrəsə açılacaq - RƏSMİ

Azərbaycanın müxtəlif şəhər və rayonlarında 7 yeni mədrəsənin açılması planlaşdırılır.

Həmin dini məktəblər Bakı şəhərində yerləşən "Heydər" və "Bibiheybət" məscidlərinin nəzdində, Nardaran qəsəbəsində, Naxçıvan, Gəncə, Lənkəran şəhərlərində və Quba rayonunda fəaliyyət göstərəcək. 

Gənclərə yüksək səviyyəli dini təhsil verilməsini nəzərdə tutan mədrəsələrdə təhsil alanlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən həm təqaüd veriləcək, həm də onlar yataqxana və geyimlə təmin olunacaqlar.

Hazırda müvafiq qurumlar bu istiqamətdə iş aparır.

Qeyd edək ki, bu gün Azərbaycanda üç mədrəsə - Bakıda "Şəbnəm" qızlar mədrəsəsi, Zaqatala rayon Əliabad islam mədrəsəsi və Şəki islam mədrəsəsi dövlət qeydiyyatına alınıb.(report)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com