Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 Dekabr

2016
11:37
605
Azərbaycanda 26 il məhkumluq həyatı yaşayan şəxs həbsxanada ölüb

Azərbaycanda daha bir məhbus ölümü baş verib.

 

Hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, Zaqatala rayon sakini, 1966-cı il təvəllüdlü Nəbiyev Eduard Hikmət oğlu vəfat edib. 

 

E. Nəbiyev sonuncu dəfə 2013-cü ildə Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının «Xaşxaş - 2013» şərti adı altında həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub.

 

E. Nəbiyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə iki dəfə olmaqla 7 il 5 ay, törətdiyi digər cinayət hadisələrinə görə ayrı-ayrı vaxtlarda 15 il 7 ay ümumilikdə isə 26 il məhkumluq həyatı yaşayıb. (APA)

Məqalədə : məhbus ölüb 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru