Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 İyul

2017
14:04
1166
Azərbaycan, Belarus və Rusiya əleyhinə qətnamə ATƏT PA-nın Minsk Bəyannaməsinə daxil edilməyib

Bu gün ATƏT Parlament Assambleyasının Minskdə keçirilən sessiyası başa çatıb.

BELTA agentliyinin verdiyi məlumata görə, sessiyada Minsk Bəyannaməsi qəbul edilib.

Azərbaycan, Belarus və Rusiya əleyhinə hazırlanmış “Şərqi Avropada vəziyyət” qətnaməsi Minsk Bəyannaməsinə daxil edilməyib. Səsvermə zamanı 43 nəfər qətnamənin Minsk Bəyannaməsinə daxil edilməsinin lehinə, 43 nəfər əleyhinə səs verib. Nəticədə qətnamə Minsk Bəyannaməsinə daxil edilməyib. Sessiyada iştirak edən Belarus parlamentinin Beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Valeriy Voronetskiy deyib ki, qətnamə çox qeyri-peşəkar, səriştəsiz və qərəzli hazırlanıb.

Qeyd edək ki, iyulun 8-də ATƏT PA-nın İnsan hüquqları və humanitar məsələlər üzrə komitəsi Şərqi Avropada vəziyyət adlı qətnamə qəbul edib. Qətnamədə 3 ölkədə söz və toplaşmaq azadlığının pozulduğu iddia edilir. 

Məqalədə : ATƏT 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru