Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Dekabr

2016
15:07
520
Azərbaycana qış gəlib

Azərbaycana qış gəlib. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, bu gün saat 14:44-də qış fəsli başlayıb.

Həmin vaxt Yer Qış Günəş duruşu nöqtəsindən keçir, bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayır.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq. Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

Bu gün gecənin uzunluğu 14 saat 43 dəqiqə, gündüz isə 9 saat 17 dəqiqə olacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru