Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2017
10:34
258
Azərbaycana it-pişik idxal edilir - RƏSMİ

Bu ilin ilk 3 ayında Azərbaycana xaricdən 445 baş damazlıq heyvan gətirilib. FaktXəbər-in verdiyi məlumata görə, bu haqda modern.az-a Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
 
Y.Xanvəli qeyd edib ki, bu il Azərbaycana diri at və uzunqulaq idxal olunmayıb:
"Kəsim üçün gətirilən heyvanlar 15 min 374 baş, kəsim üçün gətirilən xırdabuynuzlu heyvanlar 858 başdır. Eyni zamanda, 640050 baş bir günlük cücələr idxal edilib. Diri quşların sayı 30 000-dir. Bu ilin ilk 3 ayı ərzində Azərbaycana diri at və eşşək idxal edilməyib".
 
DBX rəsmisi deyib ki, ötən il ölkəyə gətirilən damazlıq heyvan 1722 baş olub:
 
"Kəsim üçün 23 765 baş, ümumilikdə gətirilən iribuynuzlu heyvanların sayı 28 487 baş olub. Ümumilikdə 67 525 baş xıdabuynuzlu heyvan gətirilib ki, onlardan 25-i damazlıq üçün, 67500-ü kəsim üçün idi".
 
Y.Xanvəlinin sözlərinə görə, ölkəyə həm də it və pişik idxal edilib:
"Ötən il Azərbaycana 5 baş at gətirilib. İdxal edilən diri heyvanlar arasında eşşək yoxdur. Bundan başqa 342 arı ailəsi, 1645 ana arı gətirilib. 154 baş it və pişik balası gətirilib. Birgünlük cücələrin sayı 2 864 729-dur".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru