Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2017
11:34
326
Azərbaycana eşşək südü gətiriləcək- Diqqətli olun

“Eşşək südünün Azərbaycana gətirilməsi ilə bağlı danışıqlar gedir.”

FaktXəbər-in məlumatına görə bunu AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. O, qeyd edib ki, danışıqlar qonşu Türkiyə istehlakçıları ilə aparılır:

“Onlar çox həssaslıqla Azərbaycan istehlakçılarına eşşək südünün xeyri barədə informasiyalar sırıyırlar. Hətta onlar bizim istehlakçılara eşşək südü və süd məhsullarının insan orqanizmi üçün çox xeyirli olduğunu bildirirlər. Yaxın müddətdə eşşək südünün Azərbaycana gətirilmə ehtimalı var.”

Eyyub Hüseynov bildirib ki, bu gün Azərbaycanda eşşək ferması fəaliyyət göstərmir:

“Nə də eşşək pendiri istehsal olunmur. Məhsul yoxdursa, pendir necə istehsal oluna bilər?”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru