Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 İyul

2017
15:43
808
Azərbaycan 1 km yolun çəkilmə xərci 1 milyon manat da ola bilər - RƏSMİ

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Azərbaycanda bir kilometr yolun tikintisinə çəkilən xərc barədə danışıb. FaktXəbər-in məlumatına görə, "Trend"ə açıqlamasında A.Nəcəfli bildirib ki, ərazi və relyefdən asılı olaraq qiymət dəyişir: “O baxır yolun hansı ərazidən keçməsi, ərazinin relyefi, və həmin ərazidən keçən kommunikasiya xətlərinə. Azərbaycanda yol tikintisinin 1 kilometrinə çəkilən xərc 200 min manatdan 1 milyon manata qədər dəyişir. Məsələn, bu yaxınlarda istifadəyə verilən Cocuq Mərcanlı kəndinə çəkilən avtomobil yolu 9 kilometrdir. Həmin yolun tikintisinə 5 milyon manat xərclənib. Bu yolun 1 kilometri 450 min manata başa gəlib. Yol ikinci texniki dərəcəlidir. Elə yol tikintisi var ki, 1 kilometri üçün xərc 1 milyon manata, hətta bəzi yollarda 2 milyon manata qədər arta bilər”.

Məqalədə : yol tikintisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru