Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

03 Mart

2017
13:57
833
Azərbaycan yığmasına 4 yeni futbolçu çağırılıb

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki Qətər yığması ilə yoldaşlıq oyunu üçün heyəti müəyyənləşdirib.

Xorvatiyalı mütəxəssis martın 9-da baş tutacaq görüşə 23 oyunçu dəvət edib. Bu futbolçulardan 4-ü debütantlardı.

“Qarabağ”ın braziliyalı legioneri Riçard Almeyda milliləşərək ilk dəfə əsas yığmaya çağırılıb. Onunla yanaşı Tellur Mütəllimov, Abbas Hüseynov və Şahrudin Məhəmmədəliyev də ilk dəfə əsas yığmada oynamaq imkanı qazanıb.

Asiyaya yollanan heyətdə son vaxtlar olduğu kimi yenə “Qarabağ”lılar çoxluq təşkil edir. Ağdam klubunun 10 üzvü səfərə yollanacaq. Bundan başqa, “Qəbələ”nin 6, “İnter”in 4, “Zirə”nin 2, “Neftçi”nin isə 1 üzvü yığmada yer alıb.

Matç FİFA pəncərəsində olmadığı üçün Prosineçki xarici klublarda çıxış edən oyunçularımıza dəvət göndərməyib.

Qeyd edək ki, martın 9-da Doha şəhərində keçiriləcək Qətərlə oyunun hazırlığına martın 6-da start veriləcək.

Millinin heyəti

Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Tərlan Quliyev, Abbas Hüseynov (hər ikisi “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tellur Mütəllimov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov (hamısı “Qəbələ”),

Yarımmüdafiəçilər: Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov (hamısı “Qarabağ”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”)

Hücumçular: Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Rauf Əliyev (“İnter”)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru