Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2018
14:42
Azərbaycan Xəzər dənizində taktiki döyüş təlimi keçirir

Dövlət Sərhəd Xidmə­ti (DSX) Xəzər dənizində taktiki döyüş təliminə start verib.

DSX-dən "FaktXəbər"ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən dəniz sər­hədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respubli­kasına mənsub bölməsində təhdidlərə qarşı effektiv mübarizənin tə­min edilməsi, döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bu tədbirlər sırasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri tərəfindən birgə keçirilən taktiki döyüş təlimləri xüsusi yer tutur. Avqustun 10-da Dövlət Sərhəd Xidmə­tinin silahlı birləşmələri tərəfindən “Xəzər dənizinin Azərbaycan Res­publikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” möv­zusunda taktiki döyüş təliminə start verilib.

Xəzər dənizində Azərbaycan Respublikasının dövləti maraqlarının qorunması imkanlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin əsas hədəfləri aşağıdakılardlr:

Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infras­trukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili;

dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdiril­məsi;

sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi;

gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması;

raket-artilleriya qurğularından atışların keçirilməsi;

Xəzər dənizi hövzəsindən qanunsuz məqsədlərlə istifadə hallarının, o cümlədən narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması.

Təlimdən əvvəl DSX Çevik Hərəkət Qüvvələrinin bazasında tə­limə cəlb olunan helikopterlərə, pilotsuz uçan aparatlara, komanda-qərargah maşınlarına və xüsusi nəqliyyat vasitələrinə, çevik bölmələ­rin şəxsi heyətinə, DSX Sahil Mühafizəsinin sahil bazasında sərhəd gözətçi gəmilərinə, dənizçi şəxsi heyətə, döyüş texnikasına, xüsusi dalğıc avadanlıqlarına, rabitə ləvazimatlarına, kinoloji bölmələrə sıra baxışları keçirilmiş, onların təlimə hazırlıq səviyyəsi yoxlanılmışdır.

Sıra baxışları yekunlaşdırıldıqdan sonra təlimə cəlb olunan sər­həd gözətçi gəmiləri, uçuş vasitələri, digər xüsusi texnika və şəxsi heyət tərəfindən təlim üzrə tapşırıqların icrasına başlanılmışdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Xəzər dənizi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 22:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com