Tarix:01-04-2017 20:21
Azərbaycan XİN ötən ilin aprelində cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb
Şərh yaz
“Aprel hadisələri nümayiş etdirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu münaqişənin siyasi həlli üçün başlıca maneədir”
 
“2016-cı ilin aprelində cəbhədə vəziyyətin gərginləşməsindən bir il ötür. 2 aprel 2016-cı ildə Ermənistan işğal olunmuş ərazilərdəki mövqeyindən atəşi intensivləşdirərək, qoşunların təmas xətti boyunca Azərbaycan silahlı qüvvələrini və Azərbaycanın nəzarətindəki yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır artilleriya və böyük kalibrli silahlardan hədəfə aldı. Ermənistanın bu hücumları və növbəti zorakı addımları nəticəsində Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qaldı, aralarında uşaqlar olmaqla 6 nəfər həlak oldu və 33 nəfər ağır yaralandı. Dövlət və özəl mülkiyyətə zərər yetirildi”.
 
Bu barədə ötən ilin aprelində cəbhədə baş verən gərginliklə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
 
Bəyanatda qeyd olunub ki, Azərbaycan Respublikası silahlı qüvvələri tərəfindən ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyini təmin etmək və Ermənistanın növbəti təxribatlarının qarşısını almaq üçün zəruri əks-həmlə tədbirləri görüldü:
 
“Ermənistanın təxribatçı hücumları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi xidmətçiləri arasında həlak olanlar və yaralananlar oldu. Ölümündən sonra Azərbaycan hərbi qulluqçularının cəsədlərində Ermənistan tərəfindən işgəncələrin törədilməsi halları da qeydə alındı.
 
5 aprel 2016-cı ildə Moskvada Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşdırıldı. Amma buna baxmayaraq, Ermənistan yenidən 26-27 aprel 2016-cı ildə təmas xətti boyunca yaşayış məntəqələri və kəndlərdə yaşayan mülki Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutdu.
 
Aprel hadisələri bir daha nümayiş etdirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu cəbhədə vəziyyətin gərginləşməsinin əsas səbəbidir və münaqişənin siyasi həlli üçün başlıca maneədir.
 
Aprel gərginliyindən sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin təşəbbüsü ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası Prezidentlərinin 16 may 2016-cı ildə Vyanada görüşü keçirildi. Rusiya Federasiyası Prezidentinin dəvəti əsasında 20 iyun 2016-cı ildə Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin görüşü keçirildi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlar aparıldı.
 
O vaxtdan etibarən Ermənistan həyata keçirdiyi qərəzli siyasi-hərbi təxribatları və müxtəlif bəhanələri ilə təşəbbüsün saxlanmasına və Sankt-Peterburqda əldə edilmiş anlaşmaların konkret əməllərə keçirilməsinə, gərginliyin azaldılmasına imkan vermədi və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına başlamadı".
 
Azərbaycan XİN bəyan edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin son bəyanatları və müharibə çağırışlı ritorikası və substantiv danışıqları boykot etməsi və qeyd-şərtlər irəli sürməsi açıq surətdə Ermənistanın konstruktiv şəkildə münaqişənin həllində niyyətli olmadığını göstərir: "Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində öz hərbi imkanlarını artırması, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişməsi danışıqlar prosesini pozmaq və Azərbaycan ərazilərinin ilhaqını həyata keçirmək kimi çirkin niyyətlərini aşkara çıxarır".
 
XİN-in bəyanatında vurğulanıb ki, Azərbaycan Respublikası heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq. Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür: 
 
"Münaqişənin həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.
 
Biz beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərini öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, işğala əsaslanan status kvonun dəyişdirilməsi və regionda davamlı sülhün təmin olunması üçün Ermənistandan konstruktiv şəkildə substantiv danışıqlarda iştirakın tələb edilməsinə çağırırıq”.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
Azərbaycan - XİN - ötən - ilin - aprelində - cəbhədə - baş - verənlərlə - bağlı - bəyanat - yayıb -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:01-04-2017 20:21 - Oxundu: 248
Hərb
24-04-2017 14:37 Aprel döyüşlərinin iştirakçıları protezlərlə təmin olunub - VİDEO
24-04-2017 10:16 SIRPI: Rusiya hərbi xərclərinə görə Səudiyyə Ərəbistanı qabaqladı
24-04-2017 09:25 Düşmən atəşkəsi 113 dəfə pozub
22-04-2017 10:58 Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərin yeni görüntüsü yayılıb
22-04-2017 10:52 Azərbaycan-Türkiyə hərbi təlimləri keçiriləcək
22-04-2017 10:32 Ermənilər snayper və minaatanlarla atəşkəsi pozdular
22-04-2017 10:23 Əfqanıstanda hərbi bazaya hücum: 140 əsgər öldü - VİDEO
21-04-2017 16:40 Erməni əsgərlər bir-birini öldürüb
21-04-2017 11:54 Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhə bölgəsində toplandı
21-04-2017 09:32 Atəşkəs rejimi 140 dəfə pozulub
20-04-2017 15:46 Ordumuzun genişmiqyaslı təlimlərindən möhtəşəm FOTOLAR
20-04-2017 09:38 Ermənilər atəşkəs rejimini 112 dəfə pozub
19-04-2017 20:55 “Sərhəd qoşunları haqqında” qanuna dəyişikliklər təsdiqlənib
19-04-2017 12:14 Yəmən ordusu Səudiyyə Ərəbistanının daha bir helikopterini vurdu: 12 ölü
19-04-2017 09:42 Ermənilər iriçaplı pulemyotlarla atəşkəsi 125 dəfə pozub
19-04-2017 09:20 Qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır - FOTO-VİDEO
19-04-2017 08:43 Rusiya təyyarələrini Ermənistanda havaya qaldırdı
18-04-2017 09:51 Ermənistan atəşkəs rejimini 119 dəfə pozub
17-04-2017 13:22 Zakir Həsənov İranın İslam Şurası Məclisinin sədri ilə görüşüb
17-04-2017 12:37 Əfqanıstan hökuməti Rusiya ordusunu köməyə çağırdı
17-04-2017 09:54 Ermənilər atəşkəsi 114 dəfə pozub
16-04-2017 20:58 Əli Şəmxani: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"
15-04-2017 13:26 Aprel döyüşlərinin ildönümünə həsr olunan mərasim keçirilib
15-04-2017 10:29 Atəşkəs 116 dəfə pozulub
14-04-2017 16:27 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına erməni başçılıq edəcək
14-04-2017 11:29 RT: Azərbaycan regionun ən zəngin ordusuna malikdir - FOTO
14-04-2017 08:48 ABŞ ən güclü raketini Əfqanıstana atdı - VİDEO
13-04-2017 16:44 Azərbaycan ordusu genişmiqyaslı təlimlər keçirəcək
13-04-2017 14:11 ABŞ bombaladı 100-ə yaxın Suriya vətəndaşı zəhərlənib öldü
13-04-2017 12:25 “Döyüş Gündəliyi. Talış” sənədli filmi Rusiyada nümayiş etdirilib
13-04-2017 09:30 Atəşkəs rejimi 115 dəfə pozulub
12-04-2017 21:24 Şəhid adları necə əbədiləşdirilməlidir - baxımsızlığa görə kimlər məsuliyyət daşıyır…
12-04-2017 15:33 Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
12-04-2017 10:05 Hərbi qulluqçular maaşları və mükafatları necə alacaq?
12-04-2017 09:43 Ermənistan silahlı qüvvələri atəşkəsi 116 dəfə pozub
11-04-2017 15:58 Suriyada daha 2 rusiyalı hərbçi öldürüldü
11-04-2017 14:24 Fərarilik edən azərbaycanlıların sayı məlum oldu
11-04-2017 11:20 İranda yüksəkçinli hərbçi sui-qəsdlə öldürülüb
11-04-2017 09:50 Atəşkəs rejimi 111 dəfə pozulub
10-04-2017 11:55 Əsir düşməmək üçün özlərini öldürən kəşfiyyatçılarımız anılıb - FOTOLAR
10-04-2017 09:46 Atəşkəs rejimi 117 dəfə pozulub
08-04-2017 20:44 Türkiyədə Mübariz İbrahimov filmi çəkildi - VİDEO
08-04-2017 19:30 Hərbi Tibb Fakültəsinin yeni tədris binası istifadəyə verilib
08-04-2017 13:40 Rusiya yeni müdafiə silahını orduya daxil edir - VİDEO
08-04-2017 10:20 Ermənistan silahlı qüvvələri atəşkəsi 120 dəfə pozub
07-04-2017 17:08 Rusiya "Admiral Qriqoroviç" freqatını Suriya sahillərinə göndərdi
07-04-2017 15:42 Serbiyanın hərbi təyyarəsi düşüb
07-04-2017 12:28 Rusiya ABŞ-a cavab olaraq S-300 və S-400 raketlərini işə saldı
07-04-2017 09:41 Ermənilər atəşkəsi 100 dəfə pozub
07-04-2017 09:09 ABŞ Suriya ordusunun Homsdakı hərbi bazasını vurdu - VİDEO
06-04-2017 16:28 NATO Özbəkistandakı ofisini bağlayıb
06-04-2017 15:58 Müdafiə Nazirliyi: Ermənilər Azərbaycanın yaşayış məntəqəsini atəşə tutub
06-04-2017 14:17 Aprel şəhidlərinin şəxsi əşyalarının sərgisi təşkil olunub - FOTO
06-04-2017 09:21 Atəşkəs rejimi 112 dəfə pozulub
05-04-2017 21:47 “Hərbi vəziyyət haqqında” Qanunun tətbiqi barədə fərman imzalanıb
05-04-2017 17:09 İraq əsgəri sapandla İŞİD terrorçularını vurdu - VİDEO
05-04-2017 15:15 Qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
05-04-2017 12:13 Almaniya 13 minlik kiber ordu yaradıb
05-04-2017 09:35 Ermənilər snayperlərdən atəşkəsi 123 dəfə pozub
04-04-2017 15:38 General Zakir Həsənov Səudiyyə Ərəbistanına getdi

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

"Real"-"Barsa" oyununda qan töküldü; Messi qisasını aldı - VİDEO
24-04-2017 09:01
Azərbaycanda biabırçılıq - iş adamı itlərinə toy etdi - VİDEO
24-04-2017 10:24
Bakı-Ələt yolunda ölümə gedən sürücü kameraya düşdü - VİDEO
24-04-2017 10:49
"Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilir
24-04-2017 11:22
İnsanların gözü qarşısında 19 ev çaya axdı – VİDEO
24-04-2017 15:14
Azərbaycandakı bahalaşma rəqəmlərdə - CƏDVƏL
24-04-2017 12:26
12 yaşlı uşaq oğurladığı maşınla 1300 km yol gedib
24-04-2017 11:06
Messi "500-lər klubu"nun üzvü oldu - FOTO
24-04-2017 16:37
Tovuzdakı müəmmalı qətl istintaqçıları çətin duruma salıb
24-04-2017 15:51
S-500-ün yeni gizli imkanları açıqlandı - VİDEO
24-04-2017 14:51
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az