Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Dekabr

2016
23:30
703
Azərbaycan XİN səfirinin öldürülməsi ilə bağlı bəyanat yaydı

“Rusiya Federasiyasının Türkiyədəki Səfiri Andrey Karlovun öldürülməsi ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyirik. Bu faciə ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və Rusiya Xarici İşlər Nazirliyindəki bütün həmkarlarımıza dərin hüznlə baş sağlığı veririk”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin FaktXəbər-ə daxil olan bəyanatında bildirilir.

Bəyanatda “bu terror aktının hərtərəfli araşdırılacağına və günahkarların öz layiqli cəzalarını alacaqlarına əminlik” ifadə olunub. 

“Azərbaycan tam şəkildə inanır ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiya və Türkiyənin terrorizmə qarşı mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.  Heç bir halda terrorizmə bəraət qazandırıla bilməz” deyə bəyanatda qeyd olunub. 

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru