Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
14:13
Azərbaycan xam neftin ixracını 40% artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 6 mlrd. 945 mln 438,31 min dollar dəyərində 13 mln. 564 min 784,04 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Faktxeber.com Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından 2017-ci ilin 6 ayı ilə müqayisədə 3 mln. 857 min 609,68 ton və ya 39,74% çoxdur, məbləğ baxımından isə 3 mln. 106 mln. 210,61 min dollar və ya 80,91% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan xarici ölkələrə 3 mlrd. 839 mln. 227,70 min dollar dəyərində 9 mln. 707 min 174,36 ton xam neft ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında xam neftin ixracı Azərbaycanın ümumi ixracının 72,87%-ni təşkil edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Xam neft 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 08:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com