Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 Dekabr

2016
16:23
1752
Azərbaycan vətəndaşı Ümrə ziyarəti üçün 1550-2250 dollar ödəyəcək

Buna da baxın:

Türk vətəndaşları ümrə həccinə ödəninşi dollarla deyil, lirə ilə edəcəklər

Azərbaycandan Ümrə (kiçik həcc) ziyarətinə getmək istəyənlər üçün üç müxtəlif məbləğdə qiymət müəyyənləşdirilib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev məlumat verib. 

Onun sözlərinə görə, bu il Ümrə ziyarətinə gedənlər xidmət səviyyəsindən asılı olaraq 1550, 2250, yaxud 2650 dollar məbləğində vəsait ödəməli olacaqlar: "İndi sənədlərin qəbuluna başlanılıb və ilk qrup düzələn kimi ziyarətlər reallaşacaq. Hər qrupda 25-30 nəfər olur. Ziyarət üçün nəzərdə tutulan qiymətlər oradakı otellərin, xərclərin əsasında müəyyənləşir. Ümrə ziyarəti 10 gün müddətində başa vurulur. İkinci dəfə Ümrə ziyarətinə gedəcək olanlar 530 dollar əlavə vəsait ödəyəcəklər. Sənəd verənlər arasında ikinci dəfə Ümrə ziyarətinə getmək istəyənlər də var". (Report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru