Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Sentyabr

2018
16:25
Azərbaycan və Türkiyənin ticarətdə milli valyutaya keçməsi üçün danışıqlar aparılır

Türkiyə və Azərbaycanın ticarətdə milli valyutaya keçməsi üçün danışıqlar aparılır. FaktXeber.com-un məlumatına görə, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfirin sözlərinə görə, ticarətdə milli valyutaya keçid üçün bir müddət əvvəl başlanılan müzakirələr hazırda davam edir: “Hazırda müzakirələr aparılır. Qarşılıqlı ticarətdə milli valyutanın nə zamandan tətbiq ediləcəyi isə hələ konkret bəlli deyil”.

E.Özoral əlavə edib ki, bütün məsələlər razılaşdırıldıqdan sonra ticarətdə hesablaşmalar türk lirəsi və Azərbaycan manatı ilə aparılacaq.

Qeyd edək ki, Türkiyə Rusiya, Belarus və Çinlə də ticarətdə milli valyuta ilə hesablaşmalara keçmək niyyətindədir.

Система Orphus
Məqalədə : manat lirə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 11:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com