Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
14:11
Azərbaycan və İsrail birgə yeni növ pilotsuz sistemlər istehsal edəcək

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İsrailin “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, nazir müavini Yəhya Musayev Yedidia Yaarini “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında birgə həyata keçirilən layihə əsasında Azərbaycanda müxtəlif pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış “AZAD Systems” müştərək müəssisəsinin uğurlu fəaliyyətindən danışılıb.

Nümayəndə heyətinin başçısı Yedidia Yaarin səmimi qəbula görə minnətdarlığını bildirib.

Sonda Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Aeronautics 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 07:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com