Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

02 Dekabr

2016
09:30
684
Azərbaycan və Aİ arasında viza rejimi ləğv oluna bilər

Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi barədə sazişin uğurla icra olunmasından sonra Azərbaycan Avropa ilə viza prosedurunun tamamilə aradan qaldırılması üçün fəaliyyət planı tələb edəcək.

Bunu Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib: “Azərbaycan və Aİ viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş imzalayıb. Mənə məlum olduğu qədər Azərbaycan tərəfindən ciddi qayda pozuntusu qeydə alınmayıb. Ölkəmizdən Avropaya gedən miqrantların sayı azdır. Əgər hər şey yaxşı davam etsə, Aİ və Azərbaycan arasında vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq. Prosedur belədir: əvvəlcə viza rejimi sadələşdirilir, sonra tamamilə aradan qalxır”.

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanla Aİ arasında vizasız rejim yalnız diplomatik pasport sahiblərinə şamil olunur. (Trend)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com