Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

30 Dekabr

2016
14:25
904
Azərbaycan tarixi dərsliyinin hansı prinspilərlə hazırlandığı araşdırılacaq

Milli Məclis orta məktəblər üçün Azərbaycan tarixi dərsliyinin necə və hansı prinspilərlə hazırlanması məsələsini araşdıracaq.

 

Bu barədə spiker Oqtay Əsədov bu gün keçirilən iclasda Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyliyə tapşırıq verib.

 

Məsələ ilə bağlı çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, bir qrup tarix müəllimi ona müraciət edib: “Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur. Bu məsələ araşdırılmalıdır. Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var?”

 

Deputat Yaqub Mahmudov bildirib ki, vahid Azərbaycan tarixi vahid adla tədris olunmalıdır: “Bunu başqa adlara bölmək ciddi təxribatdır”.

 

Oqtay Əsədov məsələdən narahatlığını bildirərək İsa Həbibbəyliyə bunu araşdırmağı tapşırıb.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com