Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
17:00
Azərbaycan əsgərinin quru payı nədən ibarətdir? - FOTO - VİDEO

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış ərəfəsində “quru ərzaq payı”nın tərkibi ilə tanış olmaq və əsgərlərin qidalanması ilə bağlı digər suallara cavab tapmaq qərarına gəldi.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Ümumqoşun quru ərzaq payı normaları” Nazirlər Kabinetinin 2018-cü il 8 yanvar tarixli qərarı ilə təsdiq edilib. 

Quru ərzaq payı dəsti şəxsi heyətə şəraitindən asılı olaraq, isti xörək hazırlamaq mümkün olmadıqda, təlimlərdə və xüsusi tapşırıqların icrası zamanı hərbi hissə komandirlərinin əmri ilə verilir. 

Bu halda quru ərzaq payı 3 gündən artıq verilməməlidir. Aviasiya hərbi hissələrində uçuş aparatlarının və vertolyotların ekipajları üçün quru ərzaq payından qəza ehtiyatı yaradılır. 

Bu payın istifadəsi yalnız qəza və məcburi eniş olduqda icazə verilir. 

Dəstlərin təzələnməsi hərbi hissənin komandirinin planına əsasən aparılır. 

Quru ərzaq payının dəstinə aşağıdakılar daxildir:

1. Qalet (hər birində 100 qram olan 3 ədəd)

2. Mal əti konservi (338 q)

3. Ət-bitki konservi (500 q)

4. Qənd (120 q)

5. Çay (3 paket)

6. Povidlo (40 qramlıq 2 ədəd)

7. Əl silən (15 ədəd)

8. Bir dəfəlik çəngəl (3 ədəd)

9. Bir dəfəlik çay qaşığı (3 ədəd)

10. Bir dəfəlik stəkan (3 ədəd)

11. Portativ hərbi yanacaq dəsti (1 ədəd)

12. Vitamin preparatı (1 qutu, 25 qram)

13. Duz (1 q)

14. Su təmizləyici həb (1 qutu)

15. Ciyər paşteti (150 q)

16 Qatlaşdırılmış şəkərli süd (100 q)

Quru Ərzaq payının dəsti 2013-cü ilə qədər Sovet dövründə tətbiq olunan quru ərzaq payı dəstinin tərkibi ilə uyğunluq təşkil edirdi. Həmin quru ərzaq payı 13 addan və enerji dəyəri 3236 kkal-dan ibarət idi. 

2014-cü ildə müdafiə naziri Zakir Həsənovun təşəbbüsü ilə məsələyə yenidən baxılaraq, quru ərzaq payının tərkibinə əlavələrin edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edildi.Təklif müsbət qarşılandı və Nazirlər Kabinetinin 2014-cü il 26 may tarixli qərarı ilə qida rasionunun enerji dəyərinin artırılması məqsədilə quru ərzaq payı normalarına 150 qram ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd əlavə edilərək 15 ada kimi artırıldı. Bununla da quru ərzaq payının ümumi enerji dəyəri 3236 kkal-dan 3993 kkal-a çatdırıldı.

Üç dəfəlik qidalanma zamanı quru ərzaq payının enerji tutumuna görə bölüşdürülməsi 30-35%-i səhər yeməyinə, 40-45%-i nahar yeməyinə, 30-20%-i şam yeməyinə planlaşdırılır. 

Quru ərzaq payı qida qəbuluna görə aşağıdakı kimi bölüşdürülə bilər:

Səhər yeməyinə - 100 qr qalet, 250 qr ət-bitki konservi, 40 qr qənd, 1 qr şay, 20 qr povidlo, 50 qr qatlaşdırılmış şəkərli süd.

Nahar yeməyinə - 100 qr qalet, 338 qr mal əti konservası, 40 qr qənd, 1 qr çay, 150 qr ciyər paşteri, vitamin preparatı.

Şam yeməyinə - 100 qr qalet, 250 qr ət-bitki konservi, 40 qr qənd, 1 qr çay, 20 qr povidlo, 50 qr qatılaşdırılmış şəkərli süd. 

Bundan əlavə hərbi hissənin və ya şəxsi heyətin döyüş tapşırığından asılı olaraq quru ərzaq payının istifadə qaydası dəyişdirilə bilər. Onun tərkibinə, kolbasa, şokolad, quru meyvələr, konfet, fısdıq və fındıq daxil olur. Xüsusi təyinatlılar üçün nəzərdə tutulan qida dəyəri adi haldan 300 kalori çox olur. 

Oxu.Az-ın müxbiri ilə söhbətində Arxa cəbhə idarəsinin ərzaq xidmət rəisi, polkovnik-leytenant Eldəniz Yəhyayev deyib ki, Azərbaycan 2017-ci ildə Moskvada keçirilən səhra mətbəx yarışında 3-cü yeri tutub. 

“Birinci yeri Rusiya, ikincini isə Belarus tutdu. Biz Çin, İsrail, Serbiya, ABŞ və digər güclü komandaları geridə qoya bildik. Biz bu il keçiriləcək səhra mətbəx yarışında da iştirak etməyi planlaşdırırıq. Qeyd edək ki, 2018-ci ildə müsabiqədə Ermənistandan olan komanda da iştirak edəcək”, - polkovnik-leytenant deyib.

Bütün azərbaycanlı hərbçilərin qidalanmasına cavabdeh olan müsahibimiz bildirib ki, əsgərlərimizin arpa yarmasından hazırlanan yeməyi istəmədiklərini nəzərə alaraq, bu ildən başlayaraq, arpa yarması ümumi ərzaq payının cəmi 2%-ni təşkil edəcək. 

“Əsas məqsədimiz ondan ibarətdir ki, əsgərlərin orqanizmi üçün adi yeməklərdən istifadə olunsun. Bu səbəbdən hazırda ordumuzun əsgərlərinə Azərbaycan milli mətbəxinin yeməkləri təklif olunur”, - polkovnik qeyd edib. 

Yəhyayev quru ərzaq payına daxil olan xüsusi toz barəsində maraqlı fakt açıqlayıb. 

“Quru ərzaq payında xüsusi toz var ki, onun köməyi ilə çirkli və mikroblu suyu təmizləmək mümkündür. Bunun üçün həmin tozu 1litrlik istənilən çirkli suyun içərisinə tökmək kifayətdir. 5 dəqiqədən sonra bu su içməli olacaq”, - polkovnik deyib.(oxu.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : əsgər payı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 12:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com