Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Aprel

2017
16:14
359
Azərbaycan İrandan icarəyə torpaq almağa hazırlaşır

Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu layihəsi çərçivəsində İran tərəfi Azərbaycana 35 ha sahəni icarəyə verəcək. Hazırda bu torpaqların icarəyə verilməsi üçün zəruri olan normtiv-hüquqi aktlar hazırlanır, həmçinin müqavilə sənədləri üzərində iş aparılır.

İlkin olaraq Azərbaycana terminal hissə 25 illik, stansiya ərazisi isə 15 il müddətinə icarəyə veriləcək.

Qeyd edək ki, Azərbaycana icarəyə verilən 35 ha sahəyə taxıl terminalı, neft terminalı, konteyner terminalı, yük vaqonlarının boşaldılması-yüklənməsi üçün ərazi daxildir.

"Layihə çərçivəsində bütün tikinti işlərini Azərbaycan tərəfi aparacaq. Bu məqsədlə tender elan edilməsi nəzərdə tutulub. Tenderdə iştirak etmək istəyən şirkətlər bu müsabiqəyə dəvət olunacaq", - deyə mənbə bildirib.

"Qəzvin-Rəşt-Astara-Astara marşrutu üzrə tikinti işləri tam yekunlaşdıqdan sonra Fars körfəzindən Skandinaviya ölkələrinə dəmir yolu vasitəsilə istənilən yüklər danışacaq. İlkin olaraq konteyner daşımalarının həyata keçirilməsi nəzərdə tutulub. Bu gün Ukraynandan İrana, Skandinaviya ölkələri və əks istiqamətdə yüklərin daşınması üçün çoxlu müraciətlər daxil olur. Bütün bunları nəzərə alaraq Azərbaycan və İran tikinti prosesini sürətləndirməyə çalışır", - deyə mənbə qeyd edib.

Eyni zamanda İran tərəfi hesab edir ki, bu dəhlizdə xeyli iş həyata keçirilməlidir. Belə ki, dəmir yolunun Qəzvin-Rəşt hissəsində işlərin 2 ay ərzində yekunlaşdırılması planlaşdırılır. Həmçinin, dəmiryolu layihəsi hazır olduqdan sonra onun istismar şərtlərinin də müzakirə edilməsi təklif olunur.

Qeyd edək ki, Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu xəttinin Rəşt-Astara hissəsində tikinti işlərinin 4 ilə bitməsi planlaşdırılır. 1 mlrd. dollar sərmayə tələb edilən layihənin 500 mln. dolları dəmir yolu tikiləcək torpaq sahəsinin alınmasına, digər yarısı isə tikinti işlərinin həyata keçirilməsinə ayrılacaq. Hazırda Azərbaycan tərəfi lazım olan krediti təqdim etmək üçün müqavilə hazırlayır. (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru