Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Oktyabr

2017
14:50
897
Azərbaycan İrana dizel ixrac edə bilər

"Azərbaycan istehsalı olan dizel yanacağı İrana ixrac oluna bilər".

Bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan daxili tələbatı tam ödədiyi üçün İrana benzin tədarük edir: "Azərbaycan istehsalı olan "mavi yanacağı" isə almaq onların istəyincə deyil. Azərbaycan istehsalı olan dizel yanacağı İran tərəfinə ixrac oluna bilər. Biz bu təklifə müsbət baxırıq. Biz onlara keyfiyyət nümunəsi və qiymətləri təklif etmişik. Hazırda İran tərəfi bu təklifləri nəzərdən keçirir".(APA)

Məqalədə : SOCAR İran 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 03:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru