Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2018
12:50
Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib.

FaktXəbər-in məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Mastunq şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Biz bu amansız terror aktından son dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!". 

Qeyd edək ki, Pakistanın cənub-qərbində yerləşən Mastunq şəhərində (Bəlucistan əyaləti) seçkiqabağı mitinq zamanı partlayışın terrorçu-kamikadze tərəfindən törədilən partlayış zamanı 128 nəfərə dünyasını dəyişib.

Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Prezident İlham Əliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 03:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com