Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
12:39
207
`Azərbaycan niyə də Avropa çempionatının xəyallarını qurmasın?`

"Robert Prosineçki Azərbaycanda dərin iz qoydu, insanlar onu sevdi və hələ də sevirlər. Bu amilin Azərbaycanda işimə kömək  edəcəyini düşünürəm. Azərbaycan millisində işləmək fürsətim olacağı üçün çox xoşbəxtəm. Bu əladır və məndə əlavə motivasiya yaradıb".

Bu sözləri millimizin yeni baş məşqçisi Nikola Yurçeviç ölkəsinin mətbuatına deyib.

Azərbaycan millisindəki işinə Zaqrebdə başlamağın başqa bir gözəlliyi  olduğunu vurğulayan  xorvatiyalı mütəxəssis gözləntilər haqda da  danışıb: "Avro-2020-nin seçmə qrup mərhələsində yer alan hər komandanın arzuları var. Bu da başa düşüləndir. Xorvatiya qrupun aşkar favoritidir, bunu xüsusi vurğulamağa  ehtiyac yoxdur. Hər kəsi təəccübləndirmək üçün şans axtaracağıq.  Azərbaycan niyə də Avropa çempionatının xəyallarını qurmasın? Təbii ki, buna ümid etmək lazımdır, elə deyilmi?".

Yurçeviç   bildirib ki, yığmamız keçmişdə də rəqiblərini təəccübləndirib: "Keçmişdə komanda Xorvatiya  ilə heç-heçə edib. Burada əsas problem belə nəticələrin davamlılığının olmamasıdır. Milliyə ən çox oyunçu verən "Qarabağ" və "Neftçi"nin bəzi matçlarını izlədim. Orada çox təcrübəli futbolçular var. Ancaq millidə heyətin genişliyi ilə balı problem var. Amma komanda ilə razılaşacağıma ümid edirəm".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : millimiz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 03:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com