Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Oktyabr

2017
15:19
441
Azərbaycan Çempionatı - `Qarabağ` `İnter`ə qarşı - YENİLƏNİB

17.40 - “İnter” doğma meydanda “Qarabağ”ı qəbul edib. Matçın ilk hissəsində hesab açılmayıb.

Görüşün fovariti sayılan “Qarabağ” ikinci hissənin sonlarında hesabı açmağa nail olub. Oyunun 85-ci dəqiqəsində Dino Ndlovu fərqlənib. Matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Dino Ndlovu dublunu rəsmiləşdirib.

Beləliklə, oyun “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

***

Bu gün Topaz Premyer Liqasında ikinci dövrəyə start veriləcək. Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.

Topaz Premyer Liqası

VIII tur

13 oktyabr (cümə)

15:30. “İnter” - “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev

“İnter Arena”

14 oktyabr (şənbə)

16:00. “Zirə” - “Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov 

Zirə İdman Kompleksinin stadionu

18:00. “Sumqayıt” - “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, İnqilab Məmmədov

“Kapital Bank Arena”

15 oktyabr (bazar)

18:30. “Səbail” - “Neftçi”

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ramil Diniyev 

“Dalğa Arena”

Məqalədə : Qarabağ Roma 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru