Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
11:46
Azərbaycan elektrik enerjisi ixracını 2 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 59 637,38 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 405,22 min dollar və yaxud 69,6% çoxdur.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 266 198,21 min. kVt/saat elektrik enerjisi satılıb. Bu da 2017-cı ilin ilk 9 ayına nisbətən 453 859 ,52 min. kVt/saat və yaxud 55,87% çoxdur.

Qeyd edilən dövrdə ixrac edilən elektrik enerjisinin hər kVT/saatı 0,05 dollar yaxud 0,08 (AMB-nin rəsmi məzənnəsinə görə 1 ABŞ dolları 1,7 Azərbaycan manatına bərabərdir) manatdır.

Yanvar-sentyabr aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,44%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : elektrik enerjisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 01:12



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com