Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2018
10:09
`Azərbaycan Dəmir Yolları` gücləndirilmiş iş rejiminə keçir

Qarşıdan gələn Ramazan bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq. 

FaktXəbər-in məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi ölkə vətəndaşları dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər. 

Bununla əlaqədar olaraq, Ramazan bayramı günlərində (14-19 iyun) ADY-nin Sərnişin daşımaları departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq.

Sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək.

"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - deyə qurum bəyan edir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 11:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com