Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinin icrasının həmin universitetin Elmi işlər üzrə prorektoru Dünyamin Yunusova həvalə edilməsi barədə Təhsil Nazirliyinin əmri qüvvədən düşmüş hesab olunub.
ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilib. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev universitetin Rektoryanı Şurasının iclasında Ə. Abdullayevi kollektivə təqdim edib.
Qeyd edək ki, Ə.Abdullayev ADU-da İngilis dili-Azərbaycan dili ixtisası üzrə təhsil alıb. Universitet illərindən sonra o, Azərbaycan Dövlət Xarici Dillər Universitetinin Aspiranturasında German dilləri ixtisası üzrə təhsilini davam edib. 1995-ci ildə magistratura təhsili üçün ABŞ-ın Şərqi Karolina ştatındakı Duke Universitetində 1995-1996-cı illərdə Ali təhsilin idarə olunması ixtisası üzrə Magistr dərəcəsi alıb. 1998-1999-cu illərdə ABŞ-ın Minnesota ştatındakı Minnesota Universitetində Ph.D. proqramında German dilçiliyi (Koqnitiv dilçilik) ixtisası üzrə təhsil alıb. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasına Dilçilik nəzəriyyəsi - İngilis dilçiliyi ixtisası üzrə qəbul olub. 2000-ci ildə ABŞ-ın Harvard Universitetində Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində təhsilini davam edib. 2005-ci ildə isə ABŞ-ın Florida Beynəlxalq Universitetində Koqnitiv dilçilik ixtisası üzrə təhsilini başa vurub. 1995-ci ildə ABŞ-da təhsilin idarə olunması üzrə Elmlər Magistri dərəcəsi aldıqdan sonra, 1997-ci ildə Dilçilik nəzəriyyəsi (AMEA, Dilçilik İnstitutu) üzrə Filologiya elmləri namizədi adına, 2001-ci ildə Filologiya elmləri doktoru adına layiq görülüb. Həmçinin 2000-ci ildən Xəzər Universitetinin, 2001-ci ildən isə ADU-nun professorudur.
O, akademik həyatı ilə yanaşı, iş karyerasında da uğurlara imza atıb. Orta məktəbdə ingilis dili müəllimliyi ilə iş həyatına atılan Ə.Abdullayev ADU-da əvvəlcə Tətbiqi Dilçilik laboratoriyasının laborantı, sonradan isə eyniadlı laboratoriyanın müdiri kimi fəaliyyət göstərib. Bir müddət sonra ADU-nun İngilis dili kafedrasında assistent, ADU-nun İngilis dilinin qrammatikası kafedrasında müəllim, Xəzər Universitetində ingilis dili kafedrasında müəllim, bir müddət sonra Xəzər Universiteti rektorunun köməkçisi, Xəzər Universitetində Humanitar elmlər fakültəsinin dekanı və İngilis dili kafedrasının müdiri olub. 2001-ci ildə ADU-nun Tərcümə kafedrasının professoru vəzifəsinə təyin olunub. 2003-2014-cü illərdə isə ADU-da İngilis dili fakültəsinin dekanı vəzifəsini icra edib. 2014-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Respublikası Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya sektorunda, sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsində çalışıb. ABŞ-ın və Avropanın 22-dən çox nüfuzlu təqaüdlərinə layiq görülüb. "Senator William Fulbright" təqaüdünü isə 2 dəfə (1998, 2005) qazanıb. Bundan başqa, o, bir çox nüfuzlu elmi cəmiyyətlərin (ABŞ Tərcüməçilər Assosiasiyasının, ABŞ İngilis dili müəllimləri Cəmiyyətinin, Avropa Dilçilik Cəmiyyətinin, Avropa Koqnitiv Dilçilik Cəmiyyətinin, Avropa Yaddaş, Əqli İnkişaf Cəmiyyətinin) idarə heyətlərinin üzvüdür. 6 dərsliyin (2 dərslik xaricdə ingilis dilində nəşr olunub), 110-dən çox elmi məqalənin (37 məqalə xaricdə nüfuzlu elmi jurnallarda çıxıb) müəllifidir. 2016-cı ilin sentyabrından ADU-nun Tədris işləri üzrə prorektorudur. (Lent.az)
- 25-04-2018 22:07 Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir
- 25-04-2018 16:23 ADA-da hüquqşünaslıq ixtisası açılıb, 40 yer ayrılıb
- 25-04-2018 16:22 Dövlət qulluğuna imtahan verənlərin DİQQƏTİNƏ!
- 25-04-2018 14:09 “Azərbaycan dili” fənnindən ikinci imtahanın vaxtı açıqlanıb
- 25-04-2018 11:54 Yeni təhsil nazirindən ilk AÇIQLAMA
- 25-04-2018 10:46 Bakının bu məktəblərində yaz tətilinin tarixi dəyişdirilib
- 25-04-2018 09:58 DİM: Yalnız 2 nəfəri imtahanda uğur qazanıb
- 24-04-2018 12:16 Ramiz Mehdiyev yeni naziri kollektivə təqdim edib
- 24-04-2018 10:23 Ali məktəblərə sənəd qəbulunun vaxtı azalır - XƏBƏRDARLIQ
- 23-04-2018 16:44 Prezident yeni təhsil nazirini təyin etdi
- 23-04-2018 15:40 "Azərbaycan dili" fənnindən imtahanın nəticələri açıqlanıb
- 23-04-2018 09:54 DİM: 10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək
- 22-04-2018 15:07 DİM abituriyentlər üçün imtahan keçirib
- 21-04-2018 10:59 Müəllimlər üçün müsabiqə: “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil”
- 21-04-2018 10:35 Elektron sistem vasitəsilə birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib
- 19-04-2018 21:35 Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzi yaradıla bilər
- 19-04-2018 21:03 DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
- 19-04-2018 15:37 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək
- 19-04-2018 15:32 Rusdilli abituriyentlər qəbul imtahanı verəcəklər
- 19-04-2018 13:17 Bugünkü təhsilimiz gənclərimizin karyera qurmaq tələbləri ilə adekvat deyil
- 19-04-2018 11:49 DİM: 89 namizəddən 52-si müsahibəyə gəlməyib
- 18-04-2018 14:37 DİM dövlət qulluğuna qəbul olanlara müraciət edib
- 18-04-2018 09:24 Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək
- 17-04-2018 14:59 DİM ikinci sınaq imtahanının nəticələrini açıqlayıb
- 17-04-2018 14:35 Beynəlxalq təcrübəyə istinad etmək, onu olduğu kimi “kopiyalamaq” demək deyil…

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
26-04-2018 11:34
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]