Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

11 İyul

2016
15:48
2701
Azərbaycan səhiyyəsindən razısınızmı? - VİDEO

Son günlər Azərbaycan səhiyyəsində bir-birinin ardınca xoşagəlməz hallar yaşanmaqdadır. Bura istər sağ ayağı əvəzinə səhvən sol ayağı kəsilən qadını, istərsə 3 körpənin ölümünü, istərsə də sağ-salamat xəstəxanaya gəlib oradan ölüsü çıxan jurnalisti xüsusi ilə əlavə etmək olar. Məsələnin təəssüf doğuran tərəfi odur ki, dünyanın istənilən dövlətində bu cür xoşagəlməz hadisələrə görə səhiyyə naziri şəxsən açıqlama verir və ya günahkar tərəf cəzalandırılır. Amma Azərbaycanda belə hallara sadəcə Səhiyyə Nazirliyinin mətbuat xidməti səviyyəsində açıqlama verilir. O açıqlama da uşaq ölümlərinə görə günahı müayinədən keçməyən ananın üstünə, səhvən kəsilən ayağa görə, "onsuz da o biri də kəsiləcəkdi" kimi müdafiə xarakterli olur. Bəs vətəndaşların mövqeyi necədir, onlar Azərbaycan səhiyyəsindən razıdırlarmı? Bakı sakinləri FaktXəbər-in mikrofonuna danışdılar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru