Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2018
15:39
2992
Ayətullah Xamenei sərt danışdı
`Amerikanın başında duran, zahirdə normal olmayan o adam bilsin ki...`

Ötən il dekabrın 28-də İranın Məşhəd şəhərində suyun və işığın qiymətinin qalxması ilə əlaqədar bir qrup şəxsin keçirdiyi aksiya sonradan ölkənin müxtəlif şəhərlərinə yayılmışdı. İlk öncə dinc məcrada keçən aksiyalar sonradan mülki və ictimai obyektlərə hücumlar, sındırılmalarla müşahidə olundu. Bundan sonra təhlükəsizlik orqanlarının hadisələrə müdaxiləsi ilə iğtişaşların qarşısı alındı. 

Hadisələr baş verən gündən isə ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən aksiyaçılara dəstək çıxışları edildi. ABŞ tərəfi prezident səviyyəsində aksiyaçıların arxasında olduğunu səsləndirdi. Qonşu Azərbaycan və Türkiyə başda olmaqla ilk gündən etibarən Rusiya və Fransa kimi böyük dövlətlər isə aksiyaların İran qanunları ilə tənzimlənməsini, iğtişaşlara yol verilməməsini istəyən bəyanatlar səsləndirdilər. 

Bu barədə İran daxilindən bir çox dövlət rəsmisinin açıqlama verməsinə baxmayaraq, bütün dünya, o cümlədən İranda da Ali lider, Ayətullah Seyid Əli Xameneinin hadisələrə necə reaksiya verəcəyini gözlənilirdi.

FaktXəbər-in məlumatına görə, bu gün İranın Qum şəhərində xalqla görüşən Ali lider Seyid Əli Xamenei bildirb ki, xalq şuluqluq salanların törətdiklərini gördükdən sonra müxtəlif yerlərdə küçəyə çıxdı və düşmən muzdurlarının öz işindən əl götürmədiyini gördükdə, yürüşlər daha da çoxaldı. 

Ayətullah Xamenei daha sonra bildirib ki, xalqın həqiqi tələbləri ilə törədilən vəhşiliklər arasında fərq qoyulmalıdr: “Baş verənlər haqqında təhlillər aparılır. Haqlı tələblərlə küçəyə çıxanlar və vəhşiliklər törədənlər ayrı-ayrı dəstələrdir. Bir dəstə insan məhrum olduğu bir şey üçün çıxıb etirazını bildirir. Amma bundan istifadə edərək onlara qoşulub bayrağı yandırmaq, Quran və İslamı təhqir etmək, məscidə od vurmaq ayrı bir işdir. Xalqa öz etiraz səsini bildirmək haqqı həmişə verilib. Heç kəs də onlarla sərt davranmır. Amma gərək onlar dinlənilə və problemləri həll edilə.”

Ali lider daha sonra hadisələri idarə edənlər barədə danışaraq bildirib ki, iğtişaş törədənlər idarə olunublar və baş verən hadisələrdə "üçlük" fəallıq göstərib: “Kim idi onlar? Bunlar saxlanıların etirafı və həmçinin kəşfiyyat xidmətinin əldə etdiyi məlumatlardır. Kiçik şəhərlərdən başlayıb böyük şəhərlərə və oradan paytaxta sirayət edən bir hərəkat üzrə işləyirdilər. Amma bunun üçün pul lazım idi ki, Amerika daha pul xərcləmək istəmir. Pulu körfəz ölkələri təmin etdilər. Üçüncü dəstə isə Mücahidini-Xəlq təşkilatldır. Terrorlar edən, adam öldürən münafiqlər. Neçə aydır təşkilatlanırlar. Özləri də bunu öz mətbuatlarında etiraf eirlər. Amerikalılarla əlaqədə olduqlarını, daxildə olan adamları ilə camaatı küçələrə çıxartmaq üçün danışıqlar apardıqlarını özləri bildirirlər. "Bahaçılığa yox" şüarı ilə etirazlara başladılar. Bu elə bir şüardır ki, hamının xoşu gəlir. Camaat onlara qoşuldu. Camaat ki, onlara qoşuldu, camaatı öz məqsədlərinə qarşı yönləndirdilər. Bir tərəfdən "canım İrana fəda olsun" deyirdilər, digər tərəfdən bayrağı yandırırdılar. Şüursuzlar anlamırdılar ki, bu iki şey bir-birilə düz gəlmir. Amerika əsəb içindədir. İndi də Amerikanın dövlət məsulları deyir ki, İran hökuməti xalqından qorxur. Xalqdan niyə qorxmalıyıq? İran dövləti xalqdan yaranıb və xalqa məxsusdur. Sonra deyirlər İran dövləti Amerikadan qorxur. Əgər Amerikadan qorxuruqsa, necə oldu sizi 80-ci illərdə İrandan atdıq, indi də regiondan bayıra atırıq? Amerika rəhbərləri bunu bilsinlər ki, hədəfləri boşa çıxdı. Mümkündür yenə səy etsinlər. Amma bilsinlər ki, yenə başları daşa dəyəcək. Amerikanın başında duran, zahirdə normal olmayan adam bilsin ki, bu nümayişkaranə dəlilikləri cavabsız qalmayacaq.”

Məqalədə : İran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 19:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com