Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

İran İslam Respublikasında səfərdə olan Yaponiyanın baş naziri Şinzo Abe Ali lider Ayətullah Xamenei ilə görüşüb.
FaktXəbər-in İran mediasına istinadən məlumatına görə, görüşün zamanı Ş.Abe ABŞ prezidenti Donald Trampın mesajını çatdırmaq istəyini açıqlayıb. Amma Ali lider, “sizin xoşməramlı və ciddi niyyətinizə heç bir şübhəmiz yoxdur. Amma Trampı mesaj mübadiləsi etməyə layiq bilmirəm və ona heç bir cavabım yoxdur, olmayacaq da”, - deyə bildirib:
"ABŞ-a etimad etmirik və bu ölkə ilə Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öncəki müzakirələrin acı təcrübəsi heç vaxt təkrar olmayacaq. Çünki heç bir azad və ağıllı xalq təzyiqlər altında müzakirəni qəbul etməz."
Ayətullah Xamenei Yaponiya baş nazirinin, “Tramp mənə deyib ki, ABŞ İranda rejimi dəyişmək niyyətində deyil”, - sözlərinə cavab olaraq, "İranın ABŞ-la problemi rejimin dəyişməsi məsələsi deyil. Onların belə bir niyyəti olsa belə, icra etməkdə acizdirlər. Necə ki, ABŞ-ın öncəki prezidentləri ötən 40 il ərzində İran İslam Respublikasını məhv etmək üçün çalışdılar lakin bacarmadılar. Trampın "rejimi dəyişməmək" haqqında dedikləri bir yalandır. Əgər bu işi etmək iqtidarında olsaydı, görərdi, lakin edə bilmir. İran İslam Respublikası ABŞ və Avropa ölkələri ilə nüvə mövzusunu müzakirə apardı və nəticə də əldə etdi. Lakin ABŞ bu razılığı pozdu, öhdəliyini yerinə yetirmədi. Hansı ağıllı şəxs bütün sazişləri pozub və verdiyi sözləri yerinə yetirməyən bir ölkə ilə yenidən müzakirə aparar”, söyləyib.
Ayətullah Xamenei Yaponiya baş nazirinin, “ABŞ İranla sədaqətli müzakirə aparmağa hazırdır” sözünə münasibət bildirərkən deyib ki, bu sözə inanmır: “Sədaqətli müzakirə Tramp kimi bir şəxs tərəfindən aparıla bilməz. ABŞ rəsmiləri arasında sədaqət çox da tapılmır. ABŞ prezidenti bir neçə gün öncə sizinlə görüşdü və İran haqqında danışdı. Lakin Yaponiyadan qayıtdıqdan sonra dərhal İranın neft-kimya sənayesinə qarşı sanksiya tətbiq etdi. Sizcə budurmu sədaqətin mesajı? Bu göstərir ki, onun sədaqətli müzakirə aparmaq niyyəti var? ABŞ-la son bir neçə ilin acı müzakirə təcrübəsi yenidən təkrarlamayacayıq."

MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib
07
Dekabr
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
07
Dekabr
İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
07
Dekabr
Fələstin hökuməti Qəzzada Amerika Sahara Xəstəxanasının yaradılmasının əleyhinədir
07
Dekabr- 07-12-2019 18:47 Poroşenko "Ukrayna Rusiya ilə sərhəddə divar tikməlidir"
- 07-12-2019 18:23 Putinlə Lukashenko arasındakı danışıqlar zamanı qəfildən işıq söndü
- 07-12-2019 15:02 Zelenski Putindən nə istədiyini söylədi
- 07-12-2019 10:35 Sudan Yəməndəki hərbiçilərini geri çağıracaq
- 07-12-2019 10:10 Fələstin hökuməti Qəzzada Amerika Sahara Xəstəxanasının yaradılmasının əleyhinədir
- 07-12-2019 09:45 Bağdadda nümayişçilərə atəş açılıb, 16 nəfər ölüb
- 06-12-2019 18:05 Mədinədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib
- 06-12-2019 16:48 Gürcüstanda müxalifət növbəti yürüş keçirib
- 06-12-2019 16:11 Mərakeş kralı Pompeo ilə görüşməkdən imtina etdi
- 06-12-2019 15:20 Yarım milyard dollarlıq rekord miqdarda kokain qaçaqmalçılığı
- 06-12-2019 14:45 Fransadakı aksiyada türk jurnalist yaralanıb
- 06-12-2019 14:44 Suriyada Amerika hərbi bazasına hücum olub
- 06-12-2019 14:30 Suriyada ABŞ-ın "Cəhənnəm atəşi" kadra düşdü - FOTO
- 06-12-2019 13:13 Zərif: "Yəməndə müharibə və blokada faydasızdır"
- 06-12-2019 13:02 Poroşenkodan Zelenskiyə Putin məsləhəti
- 06-12-2019 12:55 Bu görüntü böyük səs-küy yaradıb - FOTO
- 06-12-2019 12:30 Rusiyadan Türkiyə ilə yeni "S-400" müqaviləsi barədə açıqlama
- 06-12-2019 11:43 Tramp impiçment istədi
- 06-12-2019 11:10 Əfqanıstanda Talibanla qarşıdurma baş verib: 10 ölü
- 06-12-2019 10:18 Avropada Facebook-un kriptovalyutası qadağan edildi
- 06-12-2019 10:15 Tramp: Səudiyyə Ərəbistanına 12 min əsgər göndərməyəcəyik
- 06-12-2019 09:50 Angela Merkel vəzifənin necə şirin olduğunu göstərdi - VİDEO
- 06-12-2019 09:45 Parisdə 250 minlik etiraz aksiyası: Prezident Sarayı mühasirəyə alınıb
- 06-12-2019 09:40 SSRİ-dən qaçmış keçmiş KQB mayoru ölüb
- 06-12-2019 09:30 İranda toy mərasimində partlayış olub: 11 ölü, 34 yaralı