Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2018
16:14
3692
Ayətullah Xamenei: İranda iqtisadi problemlərin həlli üçün ciddi addımlar atılmalıdır

Dünən axşam İranda iqtisadi məsələlər üzrə üç günlük zirvə toplantısında prezident, parlament spikeri, məhkəmə sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvləri ilə birgə Ali lider Ayətullah Seyid Əli Xamenei də iştirak edib. FaktXəbər "Parstoday" saytına istinadən bildirir ki, 2 saatdan çox davam edən görüşdə Ayətullah Xamenei İrandakı mövcud iqtisadi problemlərin həllindən danışıb.

O, çıxışı zamanı iqtisadi problemlərin həlli üçün ciddi addımların atılmasının vacibliyini vurğulayıb: “Ölkədə mövcud olan iqtisadi problemlərin həlli və xalqın ümumi ehtiyaclarının təmini üçün ciddi iş görmək və fövqəladə vəziyyətdə çalışmaq lazımdır. Ona görə ki, bu problemlər xüsusilə bahalaşma və alıcılıq qabiliyyətinin azalmas xalqın böyük qrupunun, əsasən də yoxsul təbəqənin dolanışığını çətinləşdirib. Ölkədə əsas iqtisadi problemlərin, o cümlədən bank sistemindəki problemlər, likvidlik,  inflyasiya, işsizlik kimi problemlərin həlli üçün ciddi qərarlar verilməli və icra olunmalıdır”. 

Ayətullah Xamenei həmçinin deyib ki, ölkədə mövcud olan iqtisadi problemlər daxili və xarici səbəblərdən qaynaqlanır: Problemlərin bir qismi ölkənin iqtisadi strukturu və ölkə daxili problemlərdir. Digər qismi isə ABŞ-ın zalım sanksiyalarından qaynaqlanır. Həll olunmayan heç bir böhran və problem yoxdur. Rəsmi şəxslər mövcud iqtisadi çətinliklərə qarşı həll yolları taparaq düşməni məyus etməlidir".

Məqalədə : Xamenei 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1779

Azərbaycan əhalisinin sayı açıqlanıb

19

İyun
18:32
ÖLKƏ
2083

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
233
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 09:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru