Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
13:20
Ayətulla Xamenei: Korrupsionerlər sürətli şəkildə cəzalandırılsın

Ali lider Ayətulla Xamenei İrandakı korrupsionerlər haqqında tapşırıq verib.

FaktXəbər-in məlumatına görə, o, İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədrinin məktubuna cavabında, “korrupsionerlərin cəzalandırılması sürətli, ədalətli şəkildə həyata keçirilsin və məhkəmələrin hökümlərinin dəqiq verilməsinə lazımi diqqət göstərilsin”, - deyə bildirib.

İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədri Sadiq Amuli Laricani Ali liderə məktub ünvanlayaraq düşmənlərin İran xalqına qarşı iqtisadi müharibəsinə və belə bir şəraitdə iqtisadi təxribatçılar və korrupsionerlərin düşmənlərin məqsədləri istiqamətində müəyyən cinayətlər törətmələrinə toxunaraq, ölkənin iqtisadi sistemində təxribat törədənlərin cəzalandırılması qanunu və İslami cəza qanunu çərçivəsində qətiyyətli və sürətli qarşılaşma istiqamətində xüsusi tədbirlərə icazə verilməsini istəmişdi.

Laricani məktubda təklif edilmişdi ki, iqtisadi təxribatçılar və korrupsionerlərin cəzasının azaldılması, yaxud ləngidilməsi qadağan edilsin.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 19:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com