Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2019
18:14
1056
AXCP üzvlərinin tutulması ilə bağlı RƏSMİ məlumat

"AXCP üzvlərinin - Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi saxlanılaraq, 15 sutka həbs edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". 

Bu barədə FaktXeber.com-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, hər iki şəxs piketdən əvvəl törətdikləri əməllərinə görə saxlanılıb: "Oktyabrın 8-də saat 01:50 radələrində Nərimanov rayonunda taksi kimi fəaliyyət göstərən “Ravon” markalı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən saxlanılıb. Yoxlama zamanı həmin avtomaşında sərnişin qismində olan - əvəllər CM-nin 221.2.2-ci maddəsilə (xuliqanlıq) məhkum olunan Zamin Salayev və əvəllər CM-nin 178.2.4-cü maddəsilə (dələduzluq) məhkum olunan Elxan Əliyev polisin fəaliyyətinə müdaxilə etməklə, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaratdıqlarına görə Nərimanov RPİ 16-cı Polis Bölməsinə gətirilib.

Əvvəllər məhkum olunan hər iki şəxs barəsində toplanmış materiallar əsasında İXM-in 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə Elxan Əliyev və Zamin Salayevə 15 sutka inzibati həbs verilib.

Onların siyasi mənsubiyyətinə, yaxud razılaşdırılan piketdə iştiraklarına görə polis tərəfindən saxlanılması ilə bağlı irəli sürülən iddialar əsassızdır".

Məqalədə : Piket 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
24

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
51

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
257

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
282

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
83
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 14:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru