Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2019
11:42
2566
Çavuşoğlu ABŞ-ı təhdid etdi: Biz də cavab verəcəyik

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Birləşmiş Ştatlara Ankaraya yeni sanksiyalar tətbiq etməklə bağlı xəbərdarlıq edib. FaktXəbər "NTV"yə istinadən bildirir ki, Çavuşoğlu ölkəsinin heç bir halda "S-400" RƏM sistemindən imtina etməyəcəyini deyib.

"ABŞ qətiyyətimizi gördü, "S-400"ləri aldıq. "S-400" mövzusunda qərarlıyıq, geri addım atmayacağıq. ABŞ sanksiya addımı atsa, biz də cavab verəcəyik. Nəticələri nə olursa-olsun, bundan imtina etməyimiz mümkün deyil. ABŞ "Patriotlar" üçün zəmanət verə bilmir. Fransızlar da öz hava müdafiə sistemləri üçün təklif gönəmişdi. Ancaq "S-400"ləri almışıq və Türkiyənin mənfəəti üçün bu addımı atmaq məcburiyyətindəyik",-deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.

Mövlud Çavuşoğlu həmçinin qeyd edib ki, heç bir ölkə Ankaraya nəyi alıb-almamaq mövzusunda göstəriş verə bilməz: "Bir ölkənin tək başına başqa ölkələrə "al, ya da alma" şəklində göstəriş verməsini qəbul etmirik. ABŞ bu mövqeyindən əl çəkməlidir. ABŞ-ın bu mövqeyindən avropalı tərəfdaşları da çox narahatdır. Birləşmiş Ştatların bunu etməyə heç bir haqqı yoxdur. Siz bir ölkəyə qarşı addım atsanız, o ölkənin də atacağı addımlar var. ABŞ bizə qarşı addım atsa, biz də ona qarşılıq verəcəyik".

Məqalədə : Çavuşoğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
88

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1783

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
537

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1636

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1763

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2008

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1304

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
820
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 04:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru