Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
14:55
804
Çavuşoğlu: Heç bir təhdid Türkiyəni qorxutmur

Türkiyə heç bir təhdiddən qorxmur. Biz ac və susuz qalsaq belə, lazım olan hər şeyi edəcəyik. Ona görə, ABŞ və digər ölkələr Türkiyəyə hörmət etməlidir".

Faktxəbər-in məlumatına görə, bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Cavuşoğlu NTV telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyənin ABŞ ilə ünsiyyət üçün bütün rəsmi kanallar açıqdır, lakin sosial şəbəkələrdə strateji tərəfdaşlıq mövzusu müzakirə edilməməlidir.

Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Türkiyə kürdlərə hücum etsə, rəsmi Vaşınqton onu iqtisadi olaraq məhv edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Türkiyə ABŞ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2019 04:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com