Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
15:25
900
Avtovağzal Prezident Administrasiyasına verilməyib

Yerli KİV-də Bakı Beynəlxalq Avtovağzalının Nəqliyyat Nazirliyindən alınıb Prezidentin İşlər İdarəsinə verilməsi barədə yalan informasiya yayılıb.

Ondan başlayaq ki, Bakı Beynəlxalq Avtovağzalı Nəqliyyat və Rabitə Nazirliyinin tabeliyində deyildi.

Digər tərəfdən, Avtovağzalın Prezidentin İşlər İdarəsinə verilməsi barədə nə Nazirlər Kabinetinin saytında, nə də “Azərtac” Agentliyinin rəsmi sənədlər bölməsində məlumat var.   

FaktXəbər-in məlumatına görə, Prezident Administrasiyasının mətbuat xidmətində Turan-a bildiriblər ki, onlarda belə bir informasiya yoxdur.

Əvvəllər Maliyyə və Nəqliyyat nazirlikləri mətbuata bildirmişdilər ki, Avtovağzalın tikintisinə dövlət büdcəsindən vəsait xərclənməyib. Kompleksi «Bakı XXI əsr» MMC tikib. Təsisçiləri isə Vircin adalarında qeydiyyatdan keçmiş “Trans European Leasing Group” LTD-dir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru