Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Yanvar

2017
12:17
654
Avtomobillərin ehtiyat hissələri yenidən BAHALAŞIB

Dolların bahalaşması digər sahələrdə olduğu kimi maşınların ehiyat hissələrinin satışı bazarına da təsir edib. Qeyd edək ki, maşınların ehtiyat hissələri Azərbaycana xaricdən idxal olunur. Bu da qiymət artımı yaradan əsas səbəbdir. 

Ekspertlər deyirlər ki, qiymətlərin aşağı düşməsi və yaxud daha da bahalaşması dolların vəziyyəti ilə bağlı olan məsələdir. Çünki Azərbaycan bütün xarici dövriyyəsini dollarla həyata keçirir.

Müşahidələrə görə, yeni il başlayandan sonra maşınların ehiyat hissələri yenidən bahalaşıb.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı açıqlama verib.

Ramil Osmanlı  deyib ki. Azərbaycanda hələ ki manatın ədalətli məzənnəsini tapmaması, sabit məzənnə siyasətinin reallaşmaması bütün istehlak bazarlarında qiymət artımına gətirib çıxarıb.

“O cümlədən də maşınların ehtiyat hissələrinin satışında. Çünki maşınların ehtiyat hissələrinin hamısı xaricdən ixrac olunur. Azərbaycanda dolların kursunun günü-gündən yuxarıya doğru dəyişməsi qeyri-təbii də olsa, bazarda infilyasiya norması yaradır. Bu da bazarlarda özünü göstərir. Əsasən də xaricdən idxal olunan məhsullarda. Nəzərə almalıyıq ki, Azərbaycan bütün xarici dövriyyəsini dollarla həyata keçirir. Ona görə də,  maşınların ehtiyat hissələrinin satışında olan qiymət artımı başa düşüləndir”.

Ekspert hesab etmir ki, sahibkarlar indiki ağır iqtisadi  şəraitdə maşınların ehtiyat hissələrinin qiymətini süni şəkildə qaldırsın.

“Çünki hazırda ən çox təlabat və rəqabət olan sahə maşınların ehtiyat hissələrinin satışıdır. Hər bir satıcı istəyər ki, gətirdiyi malları tez satılsın. Qiymətlərin artımı maşınların bütün detallarında hiss olunur. Maşınların ehtiyat hissələrinin qiymətinin artması bütün növ markalı maşınlarda hiss olunur. Çünki ümumi bazarda olan maşınların ehtiyat hissələrinin demək olar ki, 100 faizi xaricdən Azərbaycana idxal olunur”. (Modern.az)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 20:53

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru