Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

06 Sentyabr

2017
21:41
498
Avtomobil bazarında son durum

Avqust ayı ərzində həm ənənəvi avtomobil bazarında, həm də “online” avtomobil satışında aktivlik aşağı səviyyədə olub. 

Bu barədə Trend-ə daşınmaz əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

Onun sözlərinə görə, avqustun sonlarında aktivlik, demək olar ki, sıfıra bərabər olub. Onun sözlərinə görə, alıcılıq aşağı olsa da, qiymətlər, demək olar ki, stabil qalıb.

V.Hüseynov bildirib ki, qiymətlərin sabit qalması bazar iştirakçılarının alverçilərdən ibarət olması ilə bağlıdır: “Hazırda bazarda avtomobil satanların çoxu alverçilərdir. Onlar üçün də avtomobili ucuz qiymətə satmaq əlverişli deyil. Ona görə də qiymətlərdə ciddi ucuzlaşma müşahidə edilməyib”.

Ekspertin sözlərinə görə, sentyabrın 15-dən sonra avtomobil bazarında müəyyən canlanma gözlənilir, ancaq bir şərtlə ki, qiymət enməsi müşahidə olunsun: “Ənənəvi bazarda üstünlük alverçilərin əlindədir və ona görə də ucuzlaşma ehtimalı azdır, ancaq “online” avtomobil bazarında insanlar özləri avtomobillərini satışa çıxardıqlarına görə müəyyən qiymət azalması müşahidə olunacaq. Bu da öz növbəsində ənənəvi avtomobil bazarına da təsir edəcək”.

Məqalədə : avtomobil Vaqif Hüseynov 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru