Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
14:11
“Avtomobil yolları haqqında” qanuna dəyişiklik edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səlahiyyətləri artırılıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Avtomobil yolları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirilib ki, bundan sonra AAYDA öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri lisenziya və icazə olmadan həyata keçirə biləcək.

Qanun 21-ci (Yol təsərrüfatının idarə edilməsi) maddəsində dəqiqləşdirmə aparılıb: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulan lisenziya və icazələrin alınması tələb olunmur”.

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Avtomobil yolları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com