Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 İyul

2017
11:06
186
Avstraliyada Quranı virus adlandıran pastora cinayət işi açılıb

Avstraliyada "Azadlıq" Baptist kilsəsinin pastoru Keyt Paypera qarşı cinayət işi açılıb. Səbəb isə onun Quranı "müsəlmanların beynini məhv edən virus" adlandırmasıdır. 

 

Keşiş İslam dinini tənqid edən müraciətini Youtube kanalına yerləşdirib. Bu videoçarx yüzlərlə müsəlman və qeyri-müsəlman internet istifadəçilərinin narazılığına səbəb olub.  

 

Maraqlıdır ki, Keyt Payper təkcə İslam dinini yox, multikulturalizm prinsipini də tənqid edib. Onun fikrincə, bu prinsip "uşaqların müsəlman olmasına" gətirib çıxarır. 

"Azadlıq" kilsəsinin ölkə məktəbləri üçün dini dərsliklər hazırladığını nəzərə alaraq, bir neçə nəfər Avstraliya Təhsil Nazirliyinə şikayət məktubu da ünvanlayıb. Aktivistlər hesab edir ki, islamofob düşüncəli dini qurumlar təhsil sistemindən uzaq olmalıdır. 

 

Məqalədə : Avstraliya pastor Quran 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  faktxeber@gmail.com


Valyuta.com


Рейтинг@Mail.ru