Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
10:10
194
Avstraliya vətəndaşlığına keçid qaydaları sərtləşdirilir

Avstraliyanın baş naziri Malkolm Turnbull Avstraliya vətəndaşlığına keçiddəki son mərhələ olan vətəndaşlıq testi suallarının "Avstraliya dəyərlərindən" ibarət olacağını açıqlayıb.

FaktXəbər-in məlumatına görə, Turnbull, "Avstraliyanın dəyərlərini vətəndaşlıq prosedurunun qəlbinə qoyduq. Avstraliya ailəsinə üzv olmaq bir imtiyazdır. Avstraliya vətəndaşlığı dəyərlərimizi dəstəkləyən, qanunlarımıza hörmətlə yanaşan və cəmiyyətlə qaynaşaraq buna kömək edib Avstraliyanı daha yaxşı etməyə cəhd göstərənlərə verilməlidir", - deyə danışıb.

Testdə yer alacaq dəyərlərin nədən ibarət olacağına hələ qərar verməyən hökumət, bunları xalqla məsləhətləşmədən sonra testə daxil etməyi düşünür.

Ana müxalifətdəki Fəhlə Partiyasının rəsmisi senator Penny Vonq da detalları hələ görmədiklərini, ancaq qaydaların siyasi narahatlıqlara görə hazırlandığından şübhələndiklərini söyləyib.

Yeni sistemdəki İngilis dili testlərinin qrammatik cəhətdən yüklənməsinə də toxunan Vonq, "İngilis dilində qrammatik test keçirəcəklərsə, deputatlardan bəzilərinin də testə çətinlik çəkəcəklərini düşünürəm", - deyə bildirib.

Yeni dəyişikliklərə görə, vətəndaşlıq testinə girib üç dəfə kəsilən şəxs təkrar imtahana girmək üçün iki il gözləmək məcburiyyətində qalacaq. Köhnə qaydalara görə, miqrantlar imtahanda müvəffəqiyyətli olana qədər istədikləri qədər testə qatılırdı.

Həmçinin əvvəllər ailədaxili zorakılıq edən və ya mütəşəkkil cinayətlərdə adı hallanan şəxslər vətəndaşlıq ala bilməyəcəklər. Başqa qayda dəyişikliyi isə daimi yaşamaq hüququ əldə edən miqrantlarla bağlıdır. Əvvə belə şəxslər vətəndaşlıq üçün 1 ildən sonra müraciət edirdilərsə, indi 4 il gözləyəcəklər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru