Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
15:35
1455
Avstaraliyada 5 metr uzunluğunda timsah ələ keçib-FOTO

Belə bir nəhəng hətta timsahlara vərdiş eləmiş Avstraliya sakinlərini belə şoka salıb.  FaktXeber.com-un Röyters-ə istinadla verdiyi məlumata görə, nəhəng canlını görən turistlər heyrətə düşüblər.

Adətən mövsüm zamanı burada minlərlə istirahət edən insan olur: onlar üzür, kanoe sürür, kruizlər həyata keçirirlər. Onlar ara-sıra xırda timsahlara rast gəlsələr də o qədər də fikir vermirdilər. Lakin sularda belə bir nəhəngin yaşaması barədə gəzən söz-söhbət turistləri narahat etməyə başlamışdı.

Məlum olub ki, hökumət nümayəndələri 10 il imiş ki, bu canlının ovuna çıxıblarmış. Nəhayət bu günlərdə onu ələ keçirmək mümkün olub. Nəhəng sürünən timsah fermasına aparılıb.

Hazırda onun 600 kq çəkidə olduğu bildirilir. Alimlər onun bütün ömrü boyu 7 metrə kimi uzanacağını ehtimal edirlər. 

Məqalədə : timsah 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 13:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com