Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 May

2017
16:15
363
Avropa ölkələri arasında intihar ən az Azərbaycanda baş verir

Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alınır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının dünyada intihar hallarının sayı ilə bağlı 2015-ci il üçün hazırladığı statistikada deyilir.

Bildirilir ki, Azərbaycanda müvafiq göstərici 100 min əhali üçün 3,3 faiz təşkil edir. İkinci sırada 4 faizlə Tacikistan, üçüncü yerdə 4,3 faizlə Albaniya və Yunanıstan, dördüncü yerdə 4,7 faizlə Kipr qərarlaşıb. Ermənistanda isə bu göstərici 5,4 faizdir.

Sənədə əsasən, Ukrayna (20.1 faiz) və Rusiyada (20.1 faiz) qeydə alınan göstəricilər eynidir. 

Ən yüksək göstərici Litvada (32,7 faiz) qeydə alınıb. Onun ən yaxın izləyiciləri Qazaxıstan (27,5 faiz) və Belarusdur (22,7 faiz). (APA)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru