Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 Avqust

2017
15:45
852
Avropa Liqasında `pley-off` mərhələsinin püşkatma mərasimi keçirilib

Futbol üzrə Avropa Liqasında "pley-off" mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə 44 komanda 2 səbətə bölünüb.

Bunlardan 15-i Çempionlar Liqasının III təsnifat mərhələsində uduzub, 29-u isə Avroliqanın III təsnifat mərhələsindən qalib ayrılıb. Bu kollektivlər reytinqə uyğun olaraq "Səpələnmişlər" və "Səpələnməmişlər" səbətlərində yer alıblar.

Avropa Liqası

"Pley-off" mərhələsi

"Şkendiya” (Makedoniya) - "Milan" (İtaliya)

"Panatinaikos" (Yunanıstan) - "Atletik" (İspaniya)

"Osiyek” (Xorvatiya) - "Austriya" (Avstriya)

"Srvena Zvezda” (Serbiya) - "Krasnodar” (Rusiya)

"Brügge" (Belçika) - AEK (Afina, Yunanıstan)

"Maritimu” (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

"Domjale” (Sloveniya) - "Marsel" (Fransa)

"Partizan" (Serbiya) - "Videoton” (Macarıstan)

"Hafnarfyordur" (İslandiya) - "Braqa" (Portuqaliya)

"Everton” (İngiltərə) - "Hayduk” (Xorvatiya)

"Utrext” (Hollandiya) - "Zenit" (Rusiya)

"Legiya" (Polşa) - "Şerif" (Moldova)

"Vitorul" (Rumıniya) - "Zalsburq" (Avstriya)

"Viktoriya" (Plzen, Çexiya) - AEK (Larnaka, Kipr)

PAOK (Yunanıstan) - "Ostersun” (İsveç)

"Altax” (Avstriya) - "Makkabi” (Təl-Əviv, İsrail)

BATE (Belarus) - "Aleksandriya” (Ukrayna)

"Ayaks" (Hollandiya) - "Rusenborq" (Norveç)

"Vardar" (Makedoniya) - "Fənərbağça” (Türkiyə)

"Ludoqorets" (Bolqarıstan) - "Suduva" (Litva)

"Apollon” (Kipr) - "Midtyulland” (Danimarka)

"Dinamo” (Zaqreb, Xorvatiya) - "Skenderbeu” (Albaniya)

Qeyd edək ki, "pley-off" mərhələsinin ilk oyunları 17 avqustda, cavab matçları isə bir həftə sonra keçiriləcək.

Məqalədə : avro liqa 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 14:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru